`Çox ağır hadisədir...` - Abid Şərifov


19:33     15 Dekabr 2016 15590602_10205979269840619_5107052676130415724_n.jpg

Azərbaycan Türkiyə xalqının ağrısını bölüşür.


Femida.az Trend-də istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Beşiktaşdakı terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimi zamanı deyib.

A.Şərifov terror qurbanlarının ailələrinə başsağlığı verib. O qeyd edib ki, Türkiyədə törədilən terror aktı çox ağır hadisədir: "Dünyasını dəyişənlərə Allah rəhmət eləsin".

Xatirə kitabını həmçinin, Azərbaycandakı digər diplomatik missiya rəhbərləri imzalayıblar.

Qeyd edək ki, Beşikdaşdakı "Vodafon Arena" stadionu yaxınlığında baş verən terror aktında 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2805